Ərdoğan Avropa İttifaqına üzvlükdən danışdı

Ərdoğan Avropa İttifaqına üzvlükdən danışdı backend

“Avropa İttifaqı və Türkiyə arasında müzakirələrin aparılması vacibdir”.



APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə görüşdən sonra jurnalistlərə deyib.

“Türkiyə Avropa İttifaqı üzvlüyünə namizəddir. Biz regional məsələlər ətrafında müzakirələr aparmalıyıq. Avropa İttifaqının gələcəyini Türkiyəsiz təsəvvür etmək mümkün deyil. Mən cənab Tuskla görüşdə bir daha qeyd etdim ki, Türkiyənin Avropa İttifaqına üzvlüyü bizim strateji seçimimizdir. Xüsusi diqqət isə viza rejiminin ləğvinə yönəldilməlidir”, deyə Ərdoğan bildirib.
Diaspora