HƏMAS bəzi əcnəbi girovları AZAD EDƏCƏK

HƏMAS bəzi əcnəbi girovları  AZAD EDƏCƏK backend

İsrail ordusu Qəzzada dinc əhaliyə qarşı qırğınları davam etdirərkən, HƏMAS əlində olan girovlarla bağlı açıqlama verib.

Qaziler.az İHA-ya istinadla xəbər verir ki, HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam əcnəbi girovlardan bəzilərinin yaxın günlərdə azad ediləcəyini açıqlayıb.

İzzəddin Əl-Qəssam Briqadalarının sözçüsü Əbu Ubeydə verdiyi açıqlamada, "Biz vasitəçilərə yaxın bir neçə gün ərzində müəyyən sayda əcnəbini sərbəst buraxacağımızı bildirdik" deyib.

Qəzza zolağında həyata keçirməyi planlaşdırdığı quru əməliyyatı ilə bağlı İsraili təhdid edən Ubeyda, "Qəzza düşmən əsgərləri və siyasi liderləri üçün qəbiristanlıq və bataqlıq olacaq" ifadələrini də işlədib.

QAZİLER.AZ

Diaspora