ABŞ Milli Müsəlman Demokratik Şurası prezident Co Baydenə ultimatum verib.
Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, bu barədə məlumatı “Reuters” dərc edib.
Amerikalı müsəlmanlar Vaşinqtondan Qəzza zolağında atəşi dayandırmağı tələb ediblər.
“Milli Müsəlman Demokratik Şurası Baydeni İsraillə olan nüfuzundan istifadə edərək Şərq vaxtı ilə saat 17:00-a qədər atəşkəs əldə etməyə çağırıb”, - nəşr qeyd edib.
Məlumatda qeyd olunub ki, şura milyonlarla müsəlman seçicini səfərbər edərək Baydeni Yaxın Şərqdə hərbi əməliyyatları dayandırmağa çalışacaq. Əks halda, onlar ianə verməkdən və 2024-cü ildə keçiriləcək prezident seçkilərində ölkənin hazırkı prezidentinə səs verməkdən imtina edəcəklər.
QAZİLER.AZ