Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın müdafiə xəttini keçməyə cəhdləri uğursuz olub.
Qaziler.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş dəniz piyadası Brayan Berletiç “Danny Haiphong” “YouTube” kanalına müsahibəsində deyib.
O əlavə edib ki, Kiyev Qərb mediasının xəbərdarlıqlarına qulaq asmır.
“Hətta Qərb mediası Rusiyanın Ukraynanın güclü və çoxsaylı hücumlarına tab gətirmək üçün nəzərdə tutulmuş müdafiə xətləri hazırladığını bildirib. Bundan sonra o, əks tədbirlər görür və itirilmiş əraziləri qaytarır. Bu, artıq dörd aydan çoxdur ki, baş verir”, - o qeyd edib.
QAZİLER.AZ