İsrail Müdafiə Qüvvələrinin anklavda quru əməliyyatlarını genişləndirdiyini elan etdiyi oktyabrın 27-dən bəri 20 mindən çox İsrail əsgəri Qəzza zolağına daxil olub.
Qaziler.az xəbər verir ki, bunu “Axios” portalı İsrail mənbələrinə istinadən xəbər verib. Qeyd olunub ki, bunlar ən azı zirehli və piyada diviziyalarıdır.
“Əməliyyatlar cümə günü başlayandan bəri 20 mindən çox İsrail əsgərini təmsil edən ən azı iki zirehli və piyada diviziyası Qəzza zolağına daxil olub”, - portal bildirib.
Bundan əlavə, İsrail hakimiyyəti Qəzza zolağının bütün sakinlərinin Misirə köçürülməsi üçün kəşfiyyat planının mövcudluğunu etiraf edib. Söhbət sektorun 2,3 milyon sakininin Sinay yarımadasına köçürülməsi təklifindən gedir.
QAZİLER.AZ