Litva hökuməti cinayət məcəlləsinə Ədliyyə Nazirliyi tərəfindən təqdim edilmiş, terrorçu qrup anlayışını daha ətraflı müəyyən edən və bu cür fəaliyyətlərdə iştiraka görə cəzaları sərtləşdirən dəyişiklikləri təsdiqləyib.
Qaziler.az bildirir ki, bu barədə Delfi portalı məlumat yayıb.
Hökumət tərəfindən edilən dəyişikliklər cinayət məcəlləsində terrorçu qruplaşmanın yeni anlayışının müəyyən edilməsini təklif edir. Terror qruplaşması “bir və ya bir neçə terror cinayəti törətmək üçün əvvəlcədən müəyyən müddət ərzində yaradılan və birgə fəaliyyət göstərən üç və ya daha çox şəxsdən ibarət qrup” kimi müəyyən edilməlidir.
Həmçinin terror fəaliyyətinə görə cəzaların sərtləşdirilməsi təklif edilir. Terror qruplaşmasının tərkibində fəaliyyət göstərənlər 8 ilədək, belə bir qrup yaradan və ya ona rəhbərlik edənlər isə 5 ildən 15 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
QAZİLER.AZ