Müvəqqəti olaraq işğal olunmuş Krımda Rusiya gəmilərindən birində tüstü görünüb. Bu, Sevastopol körfəzində baş verib.
Qaziler.az bildirir ki, bu barədə yerli “Krımskiy veter” Telegram kanalı məlumat yayıb.
"Sevastopol körfəzində kiçik sualtı qayıq əleyhinə gəmi tüstülənir", - məlumatda deyilir.
Qeyd edilir ki, tüstü mühərriklərin işə düşməsinə bənzəmir. Bu, ehtimal ki, yanğın və ya tüstü quraşdırma testidir.
QAZİLER.AZ