İsrailin baş naziri Benyamin Netanyahu Mahaçqala hava limanında baş verən hadisələrdən sonra ölkəsinin vətəndaşlarını Qafqazı tərk etməyə çağırıb.
Qaziler.az RBC-Ukraina-ya istinadən xəbər verir ki, o, bu barədə Facebook-da yazıb.
“Dəmir Qılınclar" müharibəsi fonunda dünən gecə baş verən hadisələri və mümkün hücumlar, İsrail və yəhudilərin Şimali Qafqazdakı obyektlərinə qarşı kütləvi aksiyalar və zorakılıqları nəzərə alaraq, Milli Təhlükəsizlik Şurası və Xarici İşlər Nazirliyi səyahət tövsiyələrinə düzəlişlər edir: Bölgə üçün təhlükə səviyyəsi ən yüksək, dördüncü səviyyəyə qaldırılıb”, - paylaşımda deyilir.
Xüsusilə söhbət bu respublikalardan gedir:
Adıgey,
Çeçenistan,
Dağıstan,
İnquşetiya,
Kabardin-Balkar,
Kalmıkiya,
Qaraçay-Çərkəz,
Şimali Osetiya Alaniya,
eləcə də paytaxt Mineralnıye Vodı ilə Krasnodar və Stavropol əraziləri.
İsrail vətəndaşlarına yaxın vaxtlarda bu bölgələrə getməmək, oradakılardan isə mümkün qədər oranı tez tərk etmələri tövsiyə olunub.
Xaricdəki bütün israillilərə ayıq-sayıq olmaları, nümayiş və etiraz aksiyalarından uzaq durmaları və insidentlərə qarışdıqları təqdirdə yerli təhlükəsizlik qüvvələrinə tabe olmaları tövsiyə olunur.
QAZİLER.AZ