Rusiyalı oliqarx Kuzmiçev Fransada həbs edilib

Rusiyalı oliqarx Kuzmiçev Fransada həbs edilib backend

Rusiyalı iş adamı Aleksey Kuzmiçev Fransa polisi tərəfindən həbs edilib. O, "LetterOne Group" və "Alfa Group"-un təsisçilərindən biridir.

Qaziler.az bildirir ki, bu barədə “Le Monde” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, Kizmiçev çirkli pulların yuyulması ilə bağlı cinayət işi üzrə istintaq çərçivəsində həbs edilib. Onun Parisdəki mənzili və Sen-Tropedəki villası da daxil olmaqla evlərində axtarış aparılıb.

Axtarışlarda 60 nəfərin, o cümlədən Korrupsiyaya və Maliyyə və Vergi Hüquqpozmalarına Qarşı Mübarizə Baş İdarəsinin (OCLCCIFF) polis əməkdaşlarının iştirak etdiyi məlum olub.

Kuzmiçev sanksiya qanunvericiliyini pozmaqda və vergi cinayətlərində şübhəli bilinir. Qəzetin yazdığına görə, axtarışlar zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları “pul yığınları” tapıblar.

QAZİLER.AZ

Diaspora