Almaniyanın iki məscidinə Quranın yandırılmış səhifələri olan məktublar göndərilib.
Qaziler.az bildirir ki, bu barədə "Rheinische Post" yerli polisə istinadən yazır.
Məscidlər Reklinghauzen və Kastrop-Rauksel şəhərlərində poçt qutularında məktublar aşkar ediblər. İçərisində Quranın yandırılmış səhifələri, it nəcisləri və təhqiramiz məktubların olduğu bildirilir.
Nəşrin məlumatına görə, dövlət təhlükəsizlik xidməti nifrətin qızışdırılması ilə bağlı araşdırmalara başlayıb.
QAZİLER.AZ