HƏMAS-ın çoxlu sayda əcnəbinin azad ediləcəyinə zəmanət verməkdən imtina etməsi ilə İsrail və Həmas rəsmiləri arasında girovların azad edilməsi ilə bağlı danışıqlar dalana dirənib.
Qaziler.az bildirir ki, bu barədə NBC News xəbər verir.
Nəşr dəqiqləşdirir ki, danışıqların uğursuz olmasının səbəbi barədə məlumatı onlara adı açıqlanmayan keçmiş amerikalı məmur verib.
“HƏMAS yanacaq almaqda israrlıdır... İsrail və Amerika tərəfləri, eləcə də digər ölkələr çoxlu sayda vətəndaşını azad etmək istəyirlər”, - o, deyib.
Bununla belə, keçmiş ABŞ rəsmisi və adı açıqlanmayan İsrail diplomatı nəşrə bildirib ki, İsrail oktyabrın 27-də, cümə günü Qəzza zolağında quru əməliyyatını genişləndirmək qərarına gəlməzdən əvvəl danışıqlar uğursuz olub.
"Cümə axşamı günü danışıqlar çox yaxşı gedirdi və danışıqlarda iştirak edənlər ümid edirdilər ki, həftə sonu razılıq əldə oluna bilər. Lakin cümə günü səhər tezdən fikir ayrılıqları yaranıb və bu, danışıqların dayanmasına səbəb olub", - diplomat bildirib.
NBC telekanalının verdiyi məlumata görə, İsrail və HƏMAS arasında uşaqlar və qocalar da daxil olmaqla 239 girovun azad edilməsi üçün aparılan danışıqlar silahlıların oktyabrın 7-də İsraili işğal etməsindən bəri davam edir. Əsirlərin təxminən yarısı 25 xarici ölkə pasportu olan şəxslərdir.
QAZİLER.AZ