Sürücüsüz taksi xidməti “Cruise” fəaliyyətini dayandırdı

Sürücüsüz taksi xidməti “Cruise” fəaliyyətini dayandırdı backend

Son illər sürücüsüz nəqliyyat vasitələri texnologiyalarını inkişaf etdirən şirkətlərin sayı xeyli artıb. Bu şirkətlərdən biri də gələcəkdə tamamilə sürücüsüz robot taksi xidməti təklif etməyi planlaşdıran və ABŞ-da yerləşən “Cruise” illərdir sınaqdan keçirdiyi sürücüsüz (avtonom) taksi xidmətini bu ilin əvvəlində ictimaiyyətə açmışdı.

Qaziler.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, “Cruise” fevral ayından Kaliforniyanın San-Fransisko şəhərində ictimai robot taksiləri sınaqdan keçirir. Lakin qəzalar “General Motors”a tabe olan şirkəti çətin vəziyyətdə qoyub. Nəticədə, “Cruise” son qəzalar səbəbindən fəaliyyətini dayandırmalı olub.

Oktyabrın 2-də sürücüsüz “Cruise” markalı avtomobil yolu keçən qadını əzib, ağır xəsarətlər alıb. Bu səbəbdən şirkət Kaliforniyada qadağan edilib.

Kruiz əvvəlcə Kaliforniya Motorlu Nəqliyyat Departamenti tərəfindən ittiham edilib və şirkətdən qəzanın video sübutu tələb edilib. Lakin rəsmilər şirkətin sübutları təqdim etməkdə tərəddüd etdiyini bildiriblər.

QAZİLER.AZ

Diaspora