Böyük Britaniya HƏMAS-a müraciət edib

Böyük Britaniya HƏMAS-a müraciət edib backend

Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli HƏMAS radikal qruplaşmasından Qəzza zolağında tibb müəssisələrinin yaxınlığında yerləşən hərbi infrastrukturu yığışdırmağı tələb edib.

Qaziler.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, o, bu barədə Sky News Arabia telekanalına müsahibəsində bildirib.

“Biz HƏMAS-dan bütün girovları azad etməyi və xəstəxanaların yaxınlığında yerləşən hərbi infrastrukturlarını sökməsini tələb edirik”, - deyə nazir bildirib.

O vurğulayıb ki, Böyük Britaniya Xarici İşlər Nazirliyi anklavda humanitar yardımın HƏMAS üzvlərinə deyil, mülki şəxslərə çatdırılmasını təmin etmək üçün İsraillə işləyir.

Xarici işlər naziri həmçinin İranı Yaxın Şərqdə gərginliyə səbəb ola biləcək hər hansı hərəkətlərə qarşı xəbərdarlıq edib.

QAZİLER.AZ

Diaspora