Dağıstan lideri Mahaçqaladakı iğtişaşlara görə utandığını etiraf edib

Dağıstan lideri Mahaçqaladakı iğtişaşlara görə  utandığını etiraf edib backend

Dağıstanın rəhbəri Sergey Melikov Mahaçqala hava limanında baş verən hadisələrə görə utandığını etiraf edib.

Qaziler.az bu barədə TASS-a istinadla xəbər verir.

“Dünən baş verən hadisələrdən utanıram, çünki Dağıstan həm Qafqazda, həm də bütün Rusiyada, bəlkə də daha geniş ərazilərdə həmişə dostluq qalası olub”, - rayon rəhbəri deyib.

O vurğulayıb ki, iğtişaşlarda iştirak edən kimsə əfv olunmayacaq.

Qeyd edək ki, oktyabrın 29-da axşam saatlarında nümayişçilər Mahaçqala hava limanına soxulub. Tel-Əvivdən gələn təyyarənin Mahaçqala aeroportunda enişindən sonra bir qrup şəxs uçuş zolağına çıxıb. Onlar ölkəyə gələn yəhudilərin çıxarılmasını tələb ediblər.

QAZİLER.AZ

Diaspora