ABŞ prezidenti Co Baydenin administrasiyası İsraili Qəzza zolağında genişmiqyaslı quru əməliyyatından imtina etməyə çağırıb.
Qaziler.az xəbər verir ki, bu barədə “Washington Post” ABŞ rəsmilərinə istinadən yazır.
Nəşr bildirir ki, prezident administrasiyası İsraili genişmiqyaslı quru əməliyyatı əvəzinə aviasiya və xüsusi təyinatlılardan istifadə etməklə məhdud əməliyyatlara diqqət yetirməyə çağırıb. Həmçinin HƏMAS-ın hədəflərinə və infrastrukturuna hədəfli zərbələrin endirilməsi təklif edilib.
QAZİLER.AZ