Ukrayna prezidenti Volodimir Zelenski bir neçə səfiri işdən çıxarıb və Ukraynanın Vyanadakı beynəlxalq təşkilatlardakı daimi nümayəndəsini dəyişib.
Qaziler.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə prezidentin internet saytında dərc edilmiş sərəncamında deyilir.
Belə ki, Zelenski Mixailo Vidoyniki Ukraynanın Danimarka Krallığındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edib. O, başqa bir sərəncamla bu vəzifəyə Andrey Yanevskini təyin edib.
Prezident həmçinin Sergey Şutenkonu Ukraynanın Yunanıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edib.
QAZİLER.AZ