Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməliyyatlar üzrə direktoru Martin Şupp Qəzza zolağında humanitar vəziyyətin çıxılmaz və onu təsvir etməyin çətin olduğunu deyib.
Qaziler.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
O, həmkarlarının gördüklərini təsvir etmək üçün söz tapmaqda çətinlik çəkdiyini vurğulayıb. Şupp əlavə edib ki, BQXK bu gün gördüklərini keçmişdə gördükləri ilə müqayisə edə bilməz.
O həmçinin Qəzza sakinləri arasında dağıntı, ümidsizlik və köçkünlük səviyyəsinin çox böyük olduğunu vurğulayıb.
QAZİLER.AZ