Kiprdə yaşayan ruslar şoumen Maksim Qalkini qızı ilə Limassolda gördüklərini bildiriblər.
Qaziler.az xəbər verir ki, bu barədə “mk.ru” məlumat yayıb.
Hadisə şahidlərinin sözlərinə görə, Qalkin qızı ilə birlikdə olub, həyat yoldaşı Alla Puqaçova və oğlu isə onun yanında olmayıb.
“Qalkin burada oktyabrın 20-də konsert verdi. Onu hava limanında qarşıladım, qızı ilə idi. Nə oğlu, nə də Alla yaxınlıqda deyildi. Şəhərdə də heç kim onlara fikir verməyib”, – Kiprdə yaşayan rus qadın paylaşımında qeyd edib.
QAZİLER.AZ