NATO: Ukraynanı alyansa qəbul etməyin vaxtı çatmayıb

NATO: Ukraynanı alyansa qəbul etməyin vaxtı çatmayıb backend

“NATO Ukraynanı öz sıralarına qəbul etməyin vaxtının çatmadığına inanmaqda davam edir”.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu Şimali Atlantika Müqaviləsi Təşkilatının Nüvə Siyasəti Direktorluğunun rəhbəri Cessika Koks Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Vilnüsdə alyans sammitində yaradılan yeni Ukrayna-NATO Şurası çərçivəsində böyük həcmdə işlərin görülməsi gözlənilir.

“Oradakı bütün müttəfiqlər həqiqətən də Ukraynanın bu keçid dövründə NATO ilə yaxınlaşmasını dəstəklədiklərini bir daha təsdiqlədilər və etiraf etdilər ki, biz hələ Ukraynanın alyansa qoşula biləcəyi nöqtədə deyilik”, - Koks bildirib.

O qeyd edib ki, Vilnüsdə mühüm addımlar atılıb və hazırda alyans Ukraynanın münasib vaxtda alyansa qoşulmasını mümkün etmək və bu mexanizmləri formalaşdırmaq üçün səylərini ikiqat artırır.

QAZİLER.AZ

Diaspora