İsrail Misir və Qətərin vasitəçiliyi ilə HƏMAS-a bütün girovların azad edilməsi müqabilində atəşkəs yaratmağı təklif edib. Lakin Fələstinin azadlıq hərəkatı bundan imtina edib.
Qaziler.az xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” kanalı mənbələrə istinadən xəbər verib.
Bundan əlavə, Təl-Əviv irəli sürdüyü şərtlərin içində ölən məhbusların cəsədlərinin qaytarılmasını tələb edib.
Kanal qeyd edir ki, HƏMAS da öz növbəsində girovların azad edilməsi və danışıqların aparılması üçün uzunmüddətli atəşkəs tələb edib. İsrail isə bu təklifi rədd edib.
HƏMAS-ın Siyasi Bürosunun üzvü Musa Əbu Marzuk daha əvvəl HƏMAS-ın bütün girovları azad etməyə hazır olduğunu, lakin İsrailin Qəzza zolağına intensiv zərbələrinin buna mane olduğunu bildirmişdi. Onun sözlərinə görə, belə şəraitdə hərəkət etmək və məhbusların həyatını xilas etmək mümkün deyil.
QAZİLER.AZ