Ukraynanın Vinnitsa şəhərində rus dilində kitab və filmlərə moratorium tətbiq edilib.
Qaziler.az xarici mətbuatına istinadən bildirir ki, Ukraynanın Vinnitsa şəhərində rus dilində televiziya proqramları, filmlər, kitablar və tamaşaların nümayişinə qadağa qoyulması barədə qərar qəbul edilib. Bu barədə oktyabrın 27-də Vinnitsa Şəhər Şurası məlumat verib.
“Vinnitsa icmasında rusdilli mədəni məhsulların ictimai istifadəsinə moratorium tətbiq edilir. Şəhərin küçələrində və ictimai məkanında Rusiyada və rus dilində istehsal olunan musiqi, kitablar, televiziya proqramları, tamaşalar, filmlər və seriallar qadağandır”, - Şəhər Şurasının Telegram kanalında deyilir.
QAZİLER.AZ