Macarıstan Avropa Birliyində getdikcə daha çox təcrid olunmuş ölkəyə çevrilir və Moskva ilə təmaslara görə digər Avropa ölkələri tərəfindən ona etimad göstərilmir.
Qaziler.az bildirir ki, bu barədə oktyabrın 27-də “The Guardian” rəsmilərə istinadən məlumat yayıb.
“Macarıstanın Baş naziri Viktor Orban və Rusiya Prezidenti Vladimir Putin arasında son görüş Macarıstanın Moskva və Pekin ilə dostluq əlaqələrinin Qərb alyansı ilə uyğun gəlmir və hətta ona ziyan vurduğuna inanan avropalı rəsmilər arasında narahatlığı artırır. ”, – nəşrdə qeyd olunub.
Budapeştdə yerləşən Political Capital tədqiqat institutunun direktoru Peter Krekonun sözlərinə görə, Macarıstanın baş naziri “Qərb və Şərq arasında “körpü” rolunu saxlamağa çalışır”.
Öz növbəsində, adının çəkilməsini istəməyən Macarıstan rəsmisi ölkənin beynəlxalq aləmdə gələcək statusu ilə bağlı qeyri-müəyyənliyin olduğunu və onun təcrid olunma riskinin daha böyük olduğunu vurğulayıb.
Bu arada, Macarıstan və Avropa İttifaqı arasında münasibətlərdəki gərginlik hər iki tərəfin liderlərinin ictimai bəyanatlarında da aydın görünür.
QAZİLER.AZ