Uzaq Şərq Nəqliyyat Prokurorluğunun oktyabrın 27-də Telegram kanalında yaydığı məlumata görə, Yapon dənizinin Sanqar boğazı ərazisində Rusiya gəmisində silindrlərin partlaması nəticəsində bir dənizçi ölüb.
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, ilkin məlumata görə, insident oktyabrın 26-da Busan dəniz limanından (Koreya Respublikası) hərəkət edən “Saronik Breeze” gəmisinin göyərtəsində baş verib. Gəmidə asetilen balonlarının partlaması baş verib.
Hadisə nəticəsində yanğın olmayıb, gəmi dənizə yararlı vəziyyətdədir. İtkilər barədə məlumat verilmir.
Partlayışla bağlı Primorye Nəqliyyat Prokurorluğu araşdırma aparır.
QAZİLER.AZ