Latviya Seymi birinci oxunuşda Rusiya dövlət nömrə nişanlı avtomobillərin müsadirəsini təsdiqləyib.
Qaziler.az bildirir ki, bu barədə parlamentin saytında məlumat verilib.
Latviyada birinci oxunuşda yol hərəkəti haqqında qanuna ölkədə qeydiyyatda olmayan Rusiya avtomobillərinin müsadirəsini nəzərdə tutan düzəlişlər dəstəkləndi.
Dəyişikliklər qanunun qüvvəyə mindiyi tarixdən üç ay ərzində Rusiyada əvvəllər qeydiyyatdan keçmiş avtomobillərin yenidən qeydiyyata alınmasını nəzərdə tutur. Həmçinin, avtomobillər ölkədən çıxarıla bilər.
Müsadirə olunan avadanlıqların Ukraynaya təhvil verilməsi planlaşdırılır”, - məlumatda deyilir.
Rusiyada qeydiyyatda olan avtomobillərin Latviyada istifadəsinə yalnız həmin şəxsin ölkə ərazisini tranzitlə keçdiyi halda icazə veriləcək. Eyni zamanda, diplomatik və konsulluq xidmətinə məxsus avtomobillər qanundan kənara çıxır.
Qanun layihəsinin yekun qəbulu ikinci oxunuşda baş tuta bilər. Qanun təsdiq olunarsa, noyabrın 15-dən qüvvəyə minəcək.
QAZİLER.AZ