“Mitsubishi” Çin bazarından tamamilə geri çəkilib

“Mitsubishi” Çin bazarından tamamilə geri çəkilib backend

“Mitsubishi Motor” satışlarının azalması səbəbindən Çində avtomobil istehsalını dayandırmaq və Çindən çəkilmək qərarına gəlib.

Qaziler.az AA-ya istinadla xəbər verir ki, “Mitsubishi Motor” İdarə Heyətinin açıqlamasında satış hədəflərinin planlaşdırıldığı kimi həyata keçirilmədiyi və istehsalın 2023-cü ilin mart ayında dayandırıldığı xatırladılıb.

Çində biznes strategiyasının yeniləndiyi və struktur islahatının aparıldığı bildirilən açıqlamada ehtiyatlar tükəndikdə yerli istehsalın dayandırılacağı və yeni avtomobil satışlarının sona çatacağı açıqlanıb.

Çin bazarından çəkilmə qərarının 24 milyard yen (160 milyon dollar) həcmində fövqəladə itkilərə səbəb olacağı gözlənilir.

Yerli istehsal tərəfdaşı ilə danışıqlardan sonra geri çəkilmək qərarına gələn Yaponiya şirkətinin istehsal resurslarını Cənub-Şərqi Asiya bazarına köçürə biləcəyi bildirilib.

QAZİLER.AZ

Diaspora