ABŞ-da silahlı hücumda 18 nəfəri öldürən şəxsin əsgər olduğu açıqlanıb

ABŞ-da silahlı hücumda 18 nəfəri öldürən şəxsin əsgər olduğu açıqlanıb backend

ABŞ-də Men ştatının Lyuiston şəhərində 18 nəfərin ölümü ilə nəticələnən silahlı hücuma görə məsuliyyət daşıyan Robert Kartın lisenziyalı odlu silah təlimatçısı olduğu açıqlanıb.

Qaziler.az AA-ya istinadla xəbər verir ki, bu barədə ştatın qubernatoru Janet Mills mətubuat konfransında deyib.

Hələ də axtarışda olan şübhəlinin Lyuiston şəhərində gerçəkləşdirdiyi silahlı hücum zamanı öldürülənlərin 22 nəfər olduğu açıqlansa da, sonrada düzəliş edilərək 18 nəfər olduğu bildirilib.

Qeyd edilib ki, şübhəlinin ABŞ ordusundan çoxlu mükafatları olub.

Men ştatının ordu ilə bağlı qeydlərində 40 yaşındakı Robert Kartın 2002-ci ildə ABŞ Ordusunda təhsil aldığı, lakin heç bir döyüşə göndərilmədiyi, Orduda Müvəffəqiyyət Medalı, Humanitar Xİdmət Medalı, Milli Müdafiə Xidməti Medalı və Ordu Xidmət ordeni  kimi mükafatlar aldığı da ifadə edilib.

Report Kartın lisenziyalı odlu silah təlimatçısı olduğu vurğulanıb.

2001-2004-cü illərdə Maine Universitetində mühəndislik təhsili almış Kartın silahlarla bağlı peşəkarlığına diqqət çəkən Amerika mediası şübhəlinin "Milli Qvardiya Bazasına atəş açmaqla hədələdiyi və buna görə psixi sağlamlıq problemi olan bir şəxs olduğunu qeyd edilib.

QAZİLER.AZ

Diaspora