“Rusiya prezidenti Vladimir Putinin Moskvaya səfəri çərçivəsində Fələstinin HƏMAS hərəkatının nümayəndələri ilə görüşü planlaşdırılmır”.
Qaziler.az xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Yox. Əlaqə ancaq Xarici İşlər Nazirliyi vasitəsilədir”, - Kreml nümayəndəsi TASS-ın sualını cavablandırıb.
Qeyd edək ki, oktyabrıb 26-da HƏMAS-ın nümayəndə heyəti Moskvaya səfər zamanı Rusiya prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Boqdanovla görüşüb. Görüşdə girovların azad edilməsi və Qəzza zolağından rusların təxliyəsi məsələləri müzakirə edilib.
QAZİLER.AZ