Orban Ukraynaya pul ayrılmasına mane olacağına söz verib

Orban Ukraynaya pul ayrılmasına mane olacağına  söz verib backend

Macarıstanın Baş naziri Viktor Orban bu addımın zəruriliyi əsaslanana qədər Avropa İttifaqından (Aİ) Ukraynaya istənilən pul ayrılmasına mane olacağına söz verib.

Qaziler.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Onun sözlərinə görə, onlar Ukraynaya “daha çox pul vermək” təklifinin irəli sürülməsi ilə bağlı Kiyevdən aydın izahat tələb edirlər. Orban miqrant probleminə Avropa yanaşmasını dəstəkləmədiyini də vurğulayıb.

Macarıstanın baş naziri əlavə edib ki, hazırda Avropa Komissiyası bu problemlərin həlli üçün Aİ ölkələrindən pul toplamağa çalışır. Orban qeyd edib ki, o, Ukrayna və miqrantlar üçün vəsait ayırmağı planlaşdırmır.

QAZİLER.AZ

Diaspora