Fələstinin HƏMAS qruplaşmasının liderləri mülki məhbusları azad edib Tehrana təhvil vermək niyyətindədir.
Qaziler.az xəbər verir ki, bu barədə “Al Mayadeen” məlumat yayıb.
Hərəkatın bu istiqamətdə Qətərə və Türkiyəyə yardım etməyə hazır olduğu qeyd edilib.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi HƏMAS nümayəndələrinin Moskvada səfərdə olduğunu bildirib. Görüşdə girovların azad edilməsi və rusların Qəzza zolağından təxliyəsi məsələsini müzakirə edilib.
QAZİLER.AZ