Baydendən konqresə çağırış: "Silahların satışını qadağan edin"

Baydendən konqresə çağırış:  "Silahların satışını qadağan edin" backend

ABŞ prezidenti Co Bayden konqresmenləri öz vəzifələrini yerinə yetirməyə və Amerika xalqını qorumağa çağırıb.

Qaziler.az “nyus.ru”ya istinadla xəbər verir ki, bu barədə Ağ Evin saytında dərc olunan bəyanatda deyilir. Söhbət hücum silahlarının satışına qadağanın qoyulmasından gedir.

Amerika prezidenti Men ştatında baş verən atışmadan sonra müvafiq təkliflə çıxış edib:

“Bu gün daha bir faciədən sonra mən Konqresdəki respublikaçı qanunvericiləri Amerika xalqını qorumaq vəzifəsini yerinə yetirməyə çağırıram. Hücum silahlarını və böyük tutumlu silahları qadağan etmək, universal yoxlamaları həyata keçirmək, silahların təhlükəsiz saxlanmasını tələb etmək və silah istehsalçılarının məsuliyyət toxunulmazlığına son qoymaq və bununla bağlı qanun qəbul etmək üçün bizimlə işləyin", - Bayden deyib.

QAZİLER.AZ

Diaspora