ABŞ-də dövlət bayraqları endiriləcək

ABŞ-də dövlət bayraqları endiriləcək backend

ABŞ Prezidenti Cozef Bayden Men ştatının Lyuiston şəhərində baş verən atışmada ölənlərin xatirəsinə hörmət əlaməti olaraq ölkədəki bayraqların yarıya endirilməsi barədə əmr imzalayıb.

"Report" bu barədə Ağ Evin mətbuat xidmətinə istinadən xəbər verir.

Qeyd edək ki,ABŞ-də Men ştatının Lyuiston şəhərində yerləşən əyləncə mərkəzlərinin birində silahlı insident nəticəsində 22 nəfər ölüb. Naməlum şəxsin avtomatdan açdığı atəş nəticəsində 60 nəfər yaralanıb. Polis Men ştatında atəş açan şəxsin axtarışlarını davam etdirir.

Diaspora