Litva prezidenti Gitanas Nauseda bildirib ki, Aİ Rusiyanın başlatdığı müharibədə Ukraynaya dəstəyini davam etdirməlidir.
Qaziler.az xarici mətbuata istinadən xəbər verir ki, o, bu barədə Avropa İttifaqı liderlərinin Brüsseldə keçirilən görüşündən əvvəl bildirib.
"Başqa regionlarda başqa qaynar nöqtələrin olmasına baxmayaraq, biz Ukraynanı dəstəkləməyə davam etməliyik. Biz ardıcıl olmalıyıq və yorulmağa haqqımız yoxdur", - Litva prezidenti qeyd edib.
Nausedanın sözlərinə görə, Ukraynanın dəstəyi indi, Rusiya Federasiyasındakı rejimlə “bəzi ölkələrin bir növ diplomatiyadan istifadə etdiyi” bir vaxtda xüsusilə vacibdir.
"İndi müharibənin bu mərhələsində vahid qalmaq, diplomatik səylərimizi dağıtmamaq xüsusilə vacibdir, çünki əks halda bu, 27 müxtəlif ölkənin xarici siyasəti olacaq. Bizim bunu etməyə ixtiyarımız yoxdur", - o əlavə edib.
QAZİLER.AZ