Macarıstanda sovet hərbi memorialı bir həftə ərzində ikinci dəfə təhqir olundu

Macarıstanda sovet hərbi memorialı bir həftə ərzində ikinci dəfə təhqir olundu backend

Naməlum şəxslər Budapeştdəki sovet hərbi memorialına qırmızı boya töküblər.

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, bununla bağlı Rusiya tərəfi ölkə rəhbərliyinə nota göndərəcək. Bu barədə oktyabrın 26-da Rusiyanın Macarıstandakı səfirliyi məlumat yayıb.

“Budapeştin 18-ci rayon meriyasının məlumatına görə, 2023-cü il oktyabrın 25-də Peştsentimre dəmir yolu stansiyası yaxınlığında, 18-ci rayonda, Rusiya (sovet) hərbi məzarlığında vandalizm aktı törədilib", - diplomatik nümayəndəliyin məlumatında deyilir.

Bildirilir ki, abidənin və məzarlıqda quraşdırılan xatirə lövhələrinin üzərinə qırmızı boya tökülüb. bununla bağlı Budapeştin hakimiyyət orqanlarına nota göndəriləcək.

Polis vandalizmlə bağlı cinayət işi açıb.

Vandalizm aktı bir həftə ərzində ikinci olub. Bundan əvvəl Macarıstanın müxalif Jobbik partiyasının fəalları Budapeştin Azadlıq meydanında ucaldılmış abidəni qara plyonkaya büküb və sosial şəbəkələrdə videogörüntülər paylaşmışdılar.

QAZİLER.AZ

Diaspora