Moskvada iki Tacikistan vətəndaşı hərbi komissarlıqdan qaçıb

Moskvada iki Tacikistan vətəndaşı hərbi komissarlıqdan qaçıb backend

Rusiya vətəndaşlığı olan iki tacikistanlı hərbi xidmətə göndərilməzdən əvvəl Moskvada toplanış məntəqəsindən qaçıb.

Qaziler.az rusiya mətbuatına istinadən bildirir ki, bu barədə oktyabrın 26-da Rusiya İstintaq Komitəsinin paytaxt üzrə Baş İstintaq İdarəsi məlumat yayıb.

“Gənclər müddətli həqiqi hərbi xidmətə çağırılırdı. Oktyabrın 22-də təqsirləndirilən şəxslər Moskva şəhərinin hərbi komissarlığının sonradan keçid yerinə göndərilmək üçün toplaşma məntəqəsində olarkən onun ərazisini tərk edərək naməlum istiqamətdə yoxa çıxıblar”, - məlumatda deyilir.

Hadisə ilə bağlı iki cinayət işi başlanıb (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 328-ci ("Hərbi və alternativ dövlət qulluğundan yayınma").

Qaçanların yerinin müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilir.

QAZİLER.AZ

Diaspora