İyulun 22-dən bəri bu ölkədə 2483 terror hadisəsi qeydə alınıb Türkiyədə son aylarda baş verən terror hadisələri ilə bağlı hesabat xarakterli məlumat açıqlanıb.
Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, bu ölkənin daxili işlər naziri Selami Altınok baş verən terror hadisələrinə dair son hesabatı açıqlayıb.Hesabata əsasən, iyulun 22-dən bəri Türkiyədə ümumilikdə 2483 terror hadisəsi qeydə alınıb. Terror hadisələrinə qarşı 4328 əməliyyat həyata keçirilib, 2 min terrorist isə zərərsizləşdirilib.
Qeyd edək ki, baş verən teraktlar nəticəsində onlarla türkiyəli əsgər və polis, həmçinin, mülki vətəndaşlar şəhid olub və ya yaralanıb.