Avropa Komissiyası çərşənbə günü Moldovaya ayın sonuna qədər ödəniləcək 72,5 milyon avro məbləğində daha bir maliyyə yardımı tranşının ayrıldığını elan edib.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, bu barədə Avropa Komissiyasının məlumatında deyilir.
Aİ çərşənbə günü Moldovaya ilk tranşı - 50 milyon avro kredit verib, qalan 22,5 milyon isə qrant şəklində oktyabrın sonuna kimi köçürüləcək.
Avropa Komissiyası qeyd edir ki, vəsait Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının nəticələrindən xeyli zərər çəkən və hələ də enerji təhlükəsizliyi problemlərinin öhdəsindən gələn Moldova iqtisadiyyatını dəstəkləmək üçün nəzərdə tutulub.
QAZİLER.AZ