Makron: İsrailin Qəzzada genişmiqyaslı quru əməliyyatı səhv addım olar

Makron: İsrailin Qəzzada genişmiqyaslı quru əməliyyatı səhv addım olar backend

Fransa prezidenti Emmanuel Makron bildirib ki, İsrail Qəzzada genişmiqyaslı quru əməliyyatına razılıq versə, bu, “səhv” olar.

Qaziler.az xarici mətbuata istinadən xəbər verir ki, Fransa prezidentinin bəyanatını “Le Figaro” nəşri sitat gətirir.

“Əgər bu, mülki əhalinin həyatını riskə atan kütləvi işğaldırsa, o zaman mən hesab edirəm ki, bu,  səhvdir..həm İsrail üçün, çünki o, uzunmüddətli perspektivdə İsraili çətin ki qoruya bilsin, çünki o, mülki şəxslərə hörmətlə, humanitar hüquqlar və hətta müharibə qaydaları bir araya sığmır”, – Makron deyib.

O əlavə edib ki, hələlik fransız əsgərlərini İsrailə göndərmək planı yoxdur.

QAZİLER.AZ

Diaspora