Valideynlik hüququndan məhrum edilmiş səkkiz uşaq anası onları qaçırdı və...

Valideynlik hüququndan məhrum edilmiş səkkiz uşaq anası onları qaçırdı və... backend

ABŞ-ın Arkanzas ştatında  övladlarını himayədar ailələrdən qaçıraraq ölkənin o biri başına aparan, səkkiz uşağından məhrum edilən qadın saxlanılıb.

Qaziler.az bildirir ki, bu barədə New York Post məlumat yayıb.

Bir neçə gün əvvəl Kaliforniya polisinə zəng edərək yanacaqdoldurma məntəqəsində  bir qadının qeyri-adekvat davranışı barədə məlumat verilib. Hadisə yerinə gələn polislər 36 yaşlı Trista Fullertonu saxlayıblar. Qadının avtomobilində Arkanzas nömrələri və  6 uşaq olub.

Polis Fullertonu məlumat bazası vasitəsilə yoxlayıb və onun Arkanzasda həbsinə orderin olduğunu aşkar etdi. O da məlum olub ki, qadın uşaqların bioloji anasıdır, lakin cinayət tarixçəsinə görə uşaqlar ondan alınıb. Fullertonun bütün övladları himayədar valideynlərə verilib, lakin qadın onları oğurlayaraq bir neçə ştatdan qaçaq yolla keçirməyə müvəffəq olub.

QAZİLER.AZ

Diaspora