“Fələstində HƏMAS hərəkatı ilə İsrail arasında silahlı münaqişənin davam etməsi bütün Yaxın Şərq regionunda partlayışa səbəb ola bilər”.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu İordaniya kralı II Abdullah Fransa prezidenti Emmanuel Makronun Ommana səfəri zamanı deyib.
“Müharibənin davam etməsi bütün Yaxın Şərq regionunda vəziyyətin partlamasına səbəb ola bilər. Bu münaqişəyə təcili son qoyulmalıdır. Dünya bu istiqamətdə hərəkətə başlamalıdır”, - deyə o bildirib.
QAZİLER.AZ