Qazaxıstan NATO-nun sülhməramlı mərkəzi açılıb? - Açıqlama

Qazaxıstan NATO-nun sülhməramlı mərkəzi açılıb? - Açıqlama backend

Qazaxıstan Müdafiə Nazirliyi respublikada NATO sülhməramlı mərkəzinin açılması ilə bağlı məlumatı təkzib edib.

Qaziler.az bu barədə TASS-a istinadla xəbər verir.

İdarədən bildirilib ki, Almatıda Qazaxıstan Müdafiə Nazirliyinin Sülhməramlı Əməliyyatlar Mərkəzinin konfrans zalı açılıb.

“Qazaxıstanda Sülhməramlı Əməliyyatlar Mərkəzinin açılması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatla bağlı bunları izah edirik. 23 oktyabr 2023-cü il tarixində Almatıda ABŞ-ın Qazaxıstandakı səfiri Daniel Rozenblyumun iştirakı ilə Qazaxıstan Müdafiə Nazirliyinin Sülhməramlı Əməliyyatlar Mərkəzinin yeni konfrans zalının rəsmi açılışı olub”, - məlumatda deyilib.

QAZİLER.AZ

Diaspora