Ərdoğan İsrailə səfər etməkdən imtina edib

Ərdoğan İsrailə səfər etməkdən imtina edib backend

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailə səfər planından imtina edib. Həmçinin Türkiyə rəsmilərinin İsrailə gözlənilən bütün səfərləri də ləğv edilib.

Qaziler.az xəbər verir ki, Ərdoğan daha əvvəl Putinə izah edib ki, Qərb ölkələrinin İsrail Müdafiə Qüvvələrinin (IDF) hərəkətləri fonunda susması Qəzzada humanitar fəlakətə gətirib çıxarıb. Türkiyə prezidenti hərbi münaqişənin mülki qurbanlarının sayının hər dəqiqə artmasından şikayətlənib.

Bundan əvvəl Türkiyə hakimiyyəti Fələstin-İsrail münaqişəsinin başladığı gün İstanbulda olan HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyəni ölkədən çıxarıb. Sosial şəbəkələrdə onun və digər HƏMAS üzvlərinin İsrailin hücumları ilə bağlı xəbərləri seyr edərkən diz çökərək dua etdiyini əks etdirən səs yazısı yayıldıqdan sonra ondan respublikanı tərk etməsi tələb olunub. Haniyənin türk əsilli müavini Salah əl-Arurinin HƏMAS-ın Tel-Əvivi fələstinli məhbusları azad etməyə məcbur etmək üçün kifayət qədər israilli ələ keçirdiyinə dair iddiaları Ankaranı qəzəbləndirib.

QAZİLER.AZ

Diaspora