Kanadanın baş naziri Castin Trüdo İsrailin Əl-Əhli xəstəxanasını vurmadığını deyib.
Qaziler.az bu barədə “Gazeta.ru”ya istinadla xəbər verir.
"Mən hərbi ekspertlərimizdən və hərbi mütəxəssislərimizdən [xəstəxanaya hücumla bağlı] bir nəticəyə gəlmək üçün açıq mənbələri və məxfi məlumatları təhlil etməyi xahiş etmişəm. Nəticə odur ki, əllərində olan inandırıcı dəlillərə görə, İsrail bu xəstəxanaya raket atmayıb", - Trüdo Kanada parlamentindəki çıxışında deyib.
Qeyd edək ki, Kanadanın Milli Müdafiə naziri Uilyam Bleyer bəyanatında Kanadanın Müdafiə Kəşfiyyat Agentliyinin İsrailin Əl Əhli xəstəxanasını vurmadığına və raketin Qəzza zolağından atıldığına yüksək dərəcədə inamla inandığını bildirib.
QAZİLER.AZ