İsveç: "NATO-da məsuliyyəti öz üzərimizə götürməyə hazırıq"

İsveç: "NATO-da məsuliyyəti öz üzərimizə götürməyə hazırıq" backend

“Stokholm NATO çərçivəsində məsuliyyəti öz üzərinə götürməyə hazırdır”.

Qaziler.az “Aftonbladet” qəzetinə istinadla xəbər verir ki, bu barədə İsveçin baş naziri Ulf Kristersson bildirib.

Siyasətçi vurğulayıb ki, ölkə Şimali Atlantika Alyansına öz töhfəsini verə bilər.

"Bizim (NATO-ya) töhfə verə biləcəyimiz unikal imkanlarımız var", - o bildirib.

Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq bildirmişdi ki, İsveç alyans ölkələrinin xarici işlər nazirlərinin görüşünün keçiriləcəyi noyabrın sonundan gec olmayaraq NATO-ya daxil olmalıdır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə parlamentinə İsveçin NATO-ya üzvlüyü ilə bağlı protokolu ratifikasiya etməyi təklif edib.

QAZİLER.AZ

Diaspora