Almaniyanın “Rheinmetall” müdafiə konserni Ukrayna münaqişəsində tələb olunan 155 mm-lik sursatın qiymətini xüsusi əməliyyat başlayandan bəri 1,5 dəfədən çox bahalaşdırıb.
Qaziler.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, bu barədə “Welt” xəbər verir.
Qəzet yazır ki, məxfi sənədlər “Rheinmetall”ın Ukraynaya artilleriya mərmilərini nə qədər baha satdığını və bunun üçün federal hökumət tərəfindən ödənildiyini göstərir”.
Qəzetin yazdığına görə, alman konserni Almaniya hökuməti ilə 2029-cu ilə qədər ümumi məbləği 1,2 milyard avro olan tədarük müqaviləsi bağlayıb. “Welt”in əlində olan sənəddən belə çıxır ki, “Rheinmetall” 333333 döyüş sursatı tədarük edəcək və onun bir mərmi üçün orta qiyməti 3600 avro olacaq.
Oktyabrın 10-da məlum olub ki, “Rheinmetall” müdafiə konserni Bundesverlə razılığa əsasən artilleriya sursatlarının tədarükü üçün üçüncü sifariş alıb. Bu, 150 mindən çox mərmi tədarükünü nəzərdə tutur. Bildirilib ki, birinci partiyanın 2023-cü ildə, qalan hissəsinin isə 2024-cü ildə təhvil verilməsi planlaşdırılır.
QAZİLER.AZ