İsrailin Rusiyadakı səfirliyi repatriantlara viza verilməsini dayandırıb

İsrailin Rusiyadakı səfirliyi repatriantlara viza verilməsini dayandırıb backend

İsrailin Rusiyadakı səfirliyi repatriasiya şöbələrinin işini oktyabrın 27-dək dayandırıb.

Qaziler.az xəbər verir ki, bu barədə diplomatik missiyanın rəsmi icması “Vkontakte” saytında məlumat verib. Bildirilib ki, konsulluq şöbəsi heç bir dəyişiklik olmadan fəaliyyətini davam etdirəcək.

Repatriasiya departamenti 27 oktyabr 2023-cü il tarixinədək repatriasiya vizaları üçün ziyarətçilərin qəbulunu dayandırır. Əlavə məlumat səfirliyin internet səhifəsində və sosial şəbəkələrdə dərc olunacaq. Konsulluq şöbəsi dəyişiklik edilmədən fəaliyyətini davam edəcək”, - səfirlikdən bildirilib.

Qeyd edilib ki, İsraildəki konsulluqda 130 min rus qeydiyyatdadır. Lakin konsulluq əməkdaşının sözlərinə görə, qeydiyyat məcburi prosedur olmadığı üçün faktiki say daha çoxdur.

QAZİLER.AZ

Diaspora