Rusiyada uşaq parkında Stalinin büstü qoyuldu - Sakinlər prokurorluğa müraciət etdilər

Rusiyada uşaq parkında Stalinin büstü qoyuldu - Sakinlər prokurorluğa müraciət etdilər backend

Peskov: Kreml uşaq parkında Stalinin abidəsinin qoyulmasına kimin qərar verdiyini aydınlaşdıracaq.

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, Kirov vilayətinin Orlov şəhərindəki uşaq parkında İosif Stalinin abidəsi təntənəli şəkildə açılıb.

Mərasimdə SSRİ-nin keçmiş rəhbərinin nəticəsi Səlim Bensaad, o cümlədən şəhər rəsmiləri, Rusiya Federasiyası Kommunist Partiyasının (KXCP) nümayəndələri və yerli sakinlər iştirak ediblər.

Abidənin qoyulduğu yerdə əvvəllər də - 1956-cı ilə qədər Stalinin abidəsi orada olub.

"Stalinin abidəsi üçün vəsait Rusiya Federasiyası Kommunist Partiyasının yerli təşkilatlarının təşəbbüsü ilə şəhər və rayon sakinləri tərəfindən toplanıb", - Bensaadın mətbuat attaşesi Vadim Qorjankin bildirib.

Kirov vilayətinin hökuməti bildirdi ki, regional Daxili Siyasət Nazirliyi şəhər administrasiyasına abidənin qoyulması ilə bağlı səsvermə keçirməyi “qətiyyətlə tövsiyə edib”, çünki “bütün vətəndaşlar” təşəbbüsü dəstəkləmir, lakin bu, təşkil olunmayıb.

"Orlovun rəhbəri minlərlə sakinin mənafeyinə toxunan bu cür məsələlərdə avtoritar qərarların qəbuledilməzliyinə diqqət çəkib", - Kirov Nazirlər Kabineti bildirib.

Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib ki,  Kreml uşaq parkında Stalinin abidəsinin qoyulmasına kimin qərar verdiyini aydınlaşdıracaq.

QAZİLER.AZ

 

 

Diaspora