Qazaxıstanda qar səbəbindən 30 qəza baş verib

Qazaxıstanda qar səbəbindən 30 qəza baş verib backend

Qazaxıstanın Akmolinsk temperaturun nəzərəçarpacaq dərəcədə aşağı düşməsi və yaş qar yollarda vəziyyəti xeyli çətinləşdirib.

Qaziler.az Qazaxıstan mətbuatına istinadən məlumatına görə, hava şəraiti ilə əlaqədar olaraq üç magistralda: Kokşetau-Atbasar, Kokşetau-Ruzayevka, Petropavlovsk-Astanada nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulub.

Təkcə keçən həftəsonu rayonda 30-a yaxın qəza baş verib, nəticədə avtomobillər mexaniki zədələnib. Polis insan tələfatı olan hər hansı məlumatın olmadığını bildirib.

Polis avtomobil sahiblərini avtomobillərini qışa hazırlamağa çağırıb. Ən əsası isə yol hərəkəti qaydalarına ciddi riayət etmək və sürücülük mədəniyyətinin səviyyəsini yüksəltməkdir.

QAZİLER.AZ

Diaspora