ABŞ-ın keçmiş prezidenti Donald Tramp seçkiqabağı kampaniyasında çıxışı zamanı Macarıstanın baş naziri Viktor Orbanı “Türkiyənin lideri” adlandıraraq, onu ölkənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğanla səhv salıb.
Qaziler.az bildirir ki, bu barədə “Politico” məlumat yayıb.
"Bu adam var, Viktor Orban, onun haqqında nə vaxtsa eşidib? O, yəqin ki, dünyanın ən güclü liderlərindən biridir. O, Türkiyənin lideridir", - Tramp deyib.
Eyni zamanda o, əlavə edib ki, Orbanın Rusiya ilə “cəbhəsi” var. Nə Türkiyənin, nə də Macarıstanın Rusiya ilə sərhədi yoxdur.
QAZİLER.AZ