Keçmiş deputat sərxoş halda avtomobil idarə etdiyi üçün mühakimə olunacaq

Keçmiş deputat sərxoş halda avtomobil idarə etdiyi üçün mühakimə olunacaq backend

Qazaxıstanın Aktobe şəhərində keçmiş deputat sərxoş halda avtomobil idarə etdiyinə görə mühakimə olunmaq üçün axtarışa verilib.

Qaziler.az qazax mətbuatına istinadən bildirir ki, Aktobedə şəhər məclisinin keçmiş deputatı axtarışa verilib, o, əvvəllər sərxoş halda avtomobil idarə edərkən saxlanılmışdı.

Aktobe inzibati məhkəməsi bu gün sərxoş halda “Lexus” idarə edən və yol hərəkəti qaydalarını pozan şəhər məclisinin keçmiş deputatı Saniya Muratovanın işi üzrə qərarı elan etməyi planlaşdırmışdı.

Lakin qadın gəlmədiyi üçün iclas oktyabrın 26-na təxirə salınmalı olub. Muratovanı saxlayaraq qanun pozuntusunu aşkar edən polis eks-deputatı bütün ölkədə tapmaq mümkün olmadığını bildirib. Eks-deputatın axtarışları hələ ki nəticəsiz qalıb. 

Hakim Kayırjan Alaşulı bildirib ki, hüquq-mühafizə orqanları qanunu pozan şəxsi oktyabrın 26-da məhkəməyə gətirməlidir. Əks-təqdirdə məhkəmə onsuz qərar vermək niyyətindədir.

QAZİLER.AZ

Diaspora