İspaniyada etiraz edən yanğınsöndürənlər polisə qarşı alov qurğusundan istifadə ediblər

İspaniyada etiraz edən yanğınsöndürənlər polisə qarşı alov qurğusundan istifadə ediblər backend

İspaniyanın Ourense şəhərində etiraz edən yanğınsöndürənlər aksiyanı dağıtmağa çalışan polis əməkdaşlarına qarşı alov qurğusundan istifadə ediblər.

Qaziler.az bildirir ki, bu barədə Europa Press agentliyi məlumat yayıb.

Polisin hadisə ilə bağlı məlumatında hüquq-mühafizə orqanlarına qarşı bu münasibət pislənilib, çünki “fiziki zorakılıqdan əlavə, polisə ciddi xəsarət yetirə biləcək alov qurğusu kimi bir cihazdan istifadə edilib”.

Etiraz edən yanğınsöndürənlərin hərəkətlərinin koordinasiyalı əməliyyat xarakteri daşıdığı qeyd edilir. Onlar alov qurğusundan əlavə, asayiş keşikçilərini çaşdırmaq üçün tüstü ekranlarından və məşəllərdən istifadə ediblər.

Agentliyin məlumatına görə, etirazçılar iş şəraitini yaxşılaşdırmaq və onların vəziyyətinə diqqət çəkmək istəyiblər.

QAZİLER.AZ

Diaspora